Azərbaycanda taksi fəaliyyəti ilə bağlı bir sıra dəyişikliklər edilib. Belə ki, bununla bağlı məsələ artıq Milli Məclisdə müzakirəyə çıxarılıb və səsverməyə qoyularaq üçüncü oxunuşda təsdiq edilib.
Azərbaycanda taksi xidməti bahalaşdı - RƏSMİ
FED.az xəbər verir ki, nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı bildirib ki, Azərbaycanda sərnişin və yükdaşımada xaos hökm sürür.
"Hazırda isə qanunvericilik səviyyəsində addımlar atıldı. Azərbaycanda taksi fəaliyyətinin qaydalar çərçivəsində olması vacibdir. Avtovağzallardan kənar qanunsuz sərnişindaşıma ilə məşğul olan insanlar var. Bu da rəsmi statistikaya düşmür. Bilinmir ki, nə qədər sərnişin daşınır və neçə nəfər işlə təmin olunub. İl ərzində sərnişinin harasa gedib-gəlməyi rəsmi statistikada yoxdur. Belədə vergidən yayınma baş verir."
Ekspert bildirb ki, taksilər real qiymətlərdən çox aşağı qiymətlə sərnişinlər daşınır və sürücülər normal qazanc əldə etmək üçün daha çox işləmək məcburiyyətində qalırlar.
"Qiymətlərin minimum həddi müəyyənləşdirilməlidir ki, bəzi şirkətlər haqsız rəqabət adı ilə real qiymətləri aşağı göstərib digər şirkətləri bazardan sıxışdırmasınlar", - deyə o qeyd edib.
Qeyd edib ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət rüsumu haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələri aşağıdakı kimi müəyyən edilir.
- Taksi minık avtomobilləri ılə sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi: 125 manat
- hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi: 25 manat
- Azərbaycan Respublıkası ilə xarıcı olkələr arasında avtomobıl nəqliyyatı ılə daşımaları yerinə yetirmək üçün operatorlara beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi: 250 manat
- Hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi: 75 manat
- Taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi: 3000 manat
Məsələ müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda təsdiq edilib.
Bu Qanun 2023-cü il oktyabrın 1-dən qüvvəyə minir. (Trend)