Mart ayında Süveyş kanalında altı gün ərzində nəqliyyatın qarşısını kəsən yük konteynerləri daşıyan “Ever Given” gəmisi 7 iyulda Misirin əsas su arteriyasını tərk edəcək.
Misir Süveyş kanalını bağlayan gəmini – KOMPENSASİYA ALANA QƏDƏR SAXLAYACAQ
FED.az xəbər verir ki, bu barədə kanal rəhbərliyi məlumat verib.
Tədbirdə həm gəminin məxsus olduğu şirkətin, həm də Süveyş kanalının rəhbərliyi iştirak edəcəklər.
İyunun 30-da “Al Arabiya” telekanalı mənbələrə istinad edərək Süveyş kanalı rəhbərliyinin “Ever Given” gəmisinin sahibi olan şirkətlə su arteriyasına vurulan ziyana görə 540 milyon dollar təzminat ödəniləcəyi barədə razılığa gəldiyini bildirib.