Bakıda bina söküntüsü ilə əlaqədar bağlanan yol açılıb.
Eləcə də bax: DYP: "Bütün Bakı tıxacın içərisindədir"
Bu barədə FED.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.
O bildirib ki, Yusif Səfərov küçəsinin başlanğıcında yaşayış binasının söküntüsü ilə bağlı hərəkəti təhlükəsizliyini təmin etmək məqsədilə Cavanşir körpüsünün altından geri dönmə müvəqqəti məhdudlaşdırılıb: “Hazırda söküntü işlər başa çatdığından körpünün altından geri dönmə bərpa olunub”.