"Elə vaxt olub ki, biz 20 Yanvar dairəsinə bir tağım cəlb edirik ki, tıxaclar aradan qalxsın. Nəqliyyat vasitələrini yönləndirməklə tıxacın az faizinin qarşısını alırıq. Çünki, avtobuslar və taksilər tıxacın yaranmasının əsas səbəbidir”.
Eləcə də bax: Bakıda tıxacların aradan qaldırılması üçün yeni təkliflər - MİLLƏT VƏKİLİ AÇIQLADI
FED.az xəbər verir ki, bunu Bakı şəhər Dövlət Yol Polis İdarəsinin rəis müavini, polis polkovniki Malik İbrahimov deyib.
Onun sözlərinə görə, piyada keçidlərinə gəldikdə isə, Tbilisi prospektində bəzən 10 piyadanın keçməsi üçün 100 maşın gözləyir: “Ekologiya nəzərdən biz buna baxsaq, bəzi yerlərdə 4-5 ağacın yolun genişləndirilməsi üçün yerdəyişməsi məqbuldur. Fəaliyyətlərimiz üzrə öz çərçivəmizdə işləyirik. Bütün Bakı tıxacın içərisindədir. Hər kəs gözləyir ki, yol polisi tıxacı açsın, amma bu təkcə həll deyil. Bunun üçün yollar genişləndirilməlidir". (Apa)