Ölkəmizdə qeydə alınan nəqliyyat vasitələrinin 45 faizdən çoxunun istehsal ili 20 il və daha çoxdur. Bu da sözsüz ki, yol nəqliyyat hadisələri zamanı onların ağırlıq dərəcəsinə bilavasitə təsir edir.
Utilizasiyaya verilən avtomobillər üçün birdəfəlik ödənişlər ödəniləcək - MƏBLƏĞ
FED.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Mübariz Ağayev nəqliyyat vasitələrinin utilizasiyası, mövcud vəziyyət və qarşıda duran məsələlərlə bağlı keçirilən dəyirmi masada deyib.
Onun sözlərinə görə, ötən il ölkəmizdə 1 774 077 nəqliyyat vasitəsi qeydə alınıb:
"Onlardan istehsal ili 10 ilə qədər olanların sayı 15 faiz təşkil edir, yəni 266 878-ə bərabərdir.
İstehsal ili 10 ildən 20 ilə qədər olanların sayı 707 673-dür ki, bu da 39,3 faiz təşkil edir.
İstehsal ili 20 ildən yuxarı olanların sayı 799 526-ya bərabərdir. Yəni, respublika üzrə avtomobil parkında nəqliyyat vasitələrinin 45,1 faizinin yaşı 20 ildən yuxarıdır.
Hazırda ölkəmizdə hibrid avtomobillərinin sayı 42 461, elektrik mühərrikli avtomobillərin sayı isə 3 138-dir. Onların sayında kifayət qədər artım var". (Apa)