Utilizasiyaya verilmiş nəqliyyat vasitələri üçün birdəfəlik ödənişlər ödəniləcək.
FED.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilən “Nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitinin formalaşdırılması və istifadə Qaydası”nda əksini tapıb.
Qaydaya əsasən, Nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaiti aşağıdakı istiqamətlər üzrə istifadə edilir:
- yeni istehsal olunmuş yerli nəqliyyat vasitələri utilizasiyaya verilmə barədə təsdiqedici sənəd təhvil verilməklə satın alınan zaman tətbiq edilən güzəşt məbləğlərinin nəqliyyat vasitələrinin satıcılarına geri ödənilməsi;
- operatorun nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı funksiyalarının icrasının təşkili və təmin edilməsi üçün vəsaitin ödənilməsi.
Utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün tətbiq edilən güzəştin məbləği və birdəfəlik ödənişin həcmi
Utilizasiyaya verilən nəqliyyat vasitəsinə görə tətbiq edilən güzəştin məbləği aşağıdakı kimi müəyyən edilir:
Sıra №-sı |
Nəqliyyat vasitələri |
Təsnifat |
Güzəşt məbləği (manatla) |
1.1. |
Kvadrisikl və təkərləri dörddən az olanlar |
L |
200 |
1.2. |
Oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə, 8-dən artıq olmayan və sərnişindaşımada istifadə olunanlar |
M1, M1G |
1500 |
1.3. |
İcazə verilən maksimum kütləsi 3,5 tonu aşmayan və yükdaşımada istifadə olunanlar |
N1, N1G |
1500 |
1.4. |
Oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə, 8-dən artıq olan, lakin icazə verilən maksimum kütləsi 5 tonu aşmayan və sərnişindaşımada istifadə olunanlar |
M2, M2G |
2000 |
1.5. |
İcazə verilən maksimum kütləsi 3,5 tondan yuxarı, lakin 12 tondan aşağı olan və yükdaşımada istifadə olunanlar |
N2, N2G |
2000 |
1.6. |
Oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə, 8-dən artıq olan, icazə verilən maksimum kütləsi 5 tonu aşan və sərnişindaşımada istifadə olunanlar |
M3, M3G |
3000 |
1.7. |
İcazə verilən maksimum kütləsi 12 tonu aşan və yükdaşımada istifadə olunanlar |
N3, N3G |
3000 |
1.8. |
Təkərli və tırtıllı traktorlar |
T, TK, TT |
2000 |
1.9. |
Mexaniki və ya hidrostatik transmissiyalı özügedən maşınlar, o cümlədən yükləyicilər |
H, HT |
3000 |
1.10. |
Meliorasiya və yol-tikinti maşınları, o cümlədən ekskavatorlar |
HK |
3000 |
Utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün birdəfəlik ödənişin məbləği güzəşt məbləğinin 70 (yetmiş) faizi həcmində müəyyən edilir.