Nəqliyyat

DANX : 8 Martda regionlarda ictimai nəqliyyat - İşləməyəcək

DANX : 8 Martda regionlarda ictimai nəqliyyat - İşləməyəcək | FED.az
11:58 5 Mart 2021

“Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Nazirlər Kabinetinin qərarında edilən dəyişikliyə əsasən 6 mart saat 00:00-dan 9 mart saat 06:00-a qədər ölkədə ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

Eləcə də bax: 8 Martda ictimai nəqliyyat işləməyəcək - RƏSMİ AÇIQLAMA

FED.az xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib.

"8 Mart - Beynəlxalq qadınlar günü qeyri-iş günü olduğundan ictimai nəqliyyat bütün ölkə üzrə ardıcıl olaraq üç gün işləməyəcək", - deyə o, qeyd edib. (Report)

Banner
Banner

Digər xəbərlər