“Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Nazirlər Kabinetinin qərarında dəyişiklik edilib.
FED.az xəbər verir ki, qərara əsasən, ölkədə 6 mart saat 00:00-dan 9 mart saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.
Qeyd edək ki, ölkədə 6 mart saat 00:00-dan 8 mart saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılmalı idi. 8 Mart Qadınlar günü qeyri-iş günü olduğu üçün ictimai nəqliyyat ardıcıl olaraq üç gün işləməyəcək.