Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
Gediş haqqı artırılan marşrut xətti - BU ŞİRKƏTƏ VERİLDİ
Bu barədə FED.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Bildirilib ki, Bakı-Sınıq Körpü (Qazax Sərhəd-Keçid Məntəqəsi), Bakı-Gəncə, Bakı-Mingəçevir, Bakı-Şəki, Gəncə-Saatlı, Gəncə-Kəlbəcər, Gəncə-Horadiz, Sumqayıt-Göyçay, Mingəçevir-Qax, Mingəçevir-Gəncə, Şəki-Gəncə, Bərdə-İmişli, Bərdə-Zaqatala, Ağdaş-Gəncə, Ağcabədi-Mingəçevir, Tərtər-Gəncə, Tərtər-Mingəçevir, Oğuz-Bərdə, Saatlı-Sumqayıt, Gəncə-Qazax və Qazax-Gəncə şəhərlərarası, həmçinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması məqsədilə paytaxtın 11,17, 18, 20, 21, 24, 30, 32, 35, 38, 44, 61, 65, 72, 79, 88, 93, 523, 535 və E2 nömrəli avtobus marşrutlarını müsabiqəyə çıxarır.
Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun olaraq təşkil edilir.
Sənədlər 13 noyabr 2025-ci saat 17:00-dək AYNA-da (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov (tel: 050-855-53-55, e-poçt: [email protected]) qəbul ediləcək.
Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı-Sınıq Körpü (Qazax Sərhəd-Keçid Məntəqəsi), Bakı-Gəncə, Bakı-Mingəçevir, Bakı-Şəki, Gəncə-Saatlı, Gəncə-Kəlbəcər, Gəncə-Horadiz, Sumqayıt-Göyçay və Mingəçevir-Qax istiqamətlərində 9 lot üzrə noyabrın 20-də, Mingəçevir-Gəncə, Şəki-Gəncə, Bərdə-İmişli, Bərdə-Zaqatala, Ağdaş-Gəncə, Ağcabədi-Mingəçevir, Tərtər-Gəncə və Tərtər-Mingəçevir istiqamətlərində 9 lot üzrə noyabrın 28-də, Oğuz-Bərdə, Saatlı-Sumqayıt, Gəncə-Qazax və Qazax-Gəncə istiqamətlərində 7 lot üzrə dekabrın 1-də, paytaxtın 17 (11 nömrəli məktəb – Yeni Yasamal yaşayış massivi), 20 (Qaraçuxur qəsəbəsi – Tibb Universiteti), 21 ("28 May" m/st - "Əhmədli" m/st), 38 (Tibb Universiteti - Keşlə qəsəbəsi, 523 (Sumqayıt şəhəri – Xırdalan şəhəri) və 535 (Novxanı kəndi – Xırdalan şəhəri) nömrəli avtobus marşrutları üzrə 6 lotda dekabrın 3-də, paytaxtın 24 (11 nömrəli məktəb – Qaraçuxur qəsəbəsi), 30 ("28 May" m/st – C.Naxçıvanski küçəsi), 32 ("28 May" m/st – C.Naxçıvanski küçəsi), 35 (Suraxanı rayonu – Ramiz Quliyev küçəsi), 44 (Murtuza Muxtarov adına park – "Neftçilər" m/st) və 72 (Köhnə Günəşli qəsəbəsi – "Sədərək" ticarət mərkəzi) nömrəli avtobus marşrutları üzrə 6 lotda dekabrın 5-də, paytaxtın 18 (Nizami bağı – 9-cu mikrorayon), 61 (Azadlıq prospekti – 9-cu mikrorayon), 65 (9-cu mikrorayon – Azneft dairəsi), 79 (Mərkəzi Bank – M.Ə.Rəsulzadə qəsəbəsi), 88 ("Dərnəgül" m/st – 20-ci Sahə dairəsi), 93 ("Dərnəgül" m/st – Sabunçu dəmiryolu stansiyası) və E2 (Xırdalan şəhəri – "20 Yanvar" m/st) nömrəli avtobus marşrutları üzrə 7 lotda dekabrın 9-da baxılacaq.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.
Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.