Paytaxtda daha bir marşrut xəttinin sahibi məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 14 oktyabrdan etibarən 93 saylı müntəzəm marşrut xətti üzrə “Xaliq Faiqoğlu” şirkəti xidmət göstərəcək.
Xatırladaq ki, sözügedən marşrut xətti Sabunçu qəsəbəsi – Dərnəgül NMM istiqamətində işləyir.
Bu marşrutda avtobusların yenilənməsi gözlənilir. Gündəlik 12 min nəfərin istifadə etdiyi marşruta CNG yanacağı ilə işləyən “King Long” avtobuslar buraxılacaq.
Avtobusların yenilənməsi ilə 93 saylı marşrutda da gedişhaqqı tarifi 60 qəpik olacaq.