Pekin ABŞ-nin Çin mallarına qarşı tətbiq etdiyi misli-görülməmiş gömrük rüsumlarına cavab olaraq ABŞ-dan sifariş etdiyi “Boeing” təyyarələrini geri qaytarıb.
Çin dünya ölkələrini xəbərdar edib
FED.az xəbər verir ki, bu barədə “Boeing” şirkətinin baş icraçı direktoru Kelli Ortberq deyib.
Ortberqin sözlərinə, iki ölkə arasında ticarət sektorunda gərginliyin yaşanması fonunda artıq iki təyyarə qaytarılıb və üçüncü isə geri qaytarılmaq üzrədir.
Qeyd edilir ki, təkcə bu il şirkətin Çinə 50-dən çox “Boeing” təyyarəsi tədarük edəcəyi planlaşdırılırdı.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp Çindən idxal olunan məhsullara 145% faizlik gömrük rüsumlarının tətbiq olunması haqda sərəncam verib. Rəsmi Pekin buna ABŞ mallarına 125% rüsum elan etməklə qarşılıq verib. (Trend)