“Bakıdan Sumqayıta və əks istiqamətdə hərəkət edən sürət elektrik qatarlarının sayı deyildiyi kimi az deyil”.
Eləcə də bax: Sumqayıt-Bakı qatarlarında daha bir dəyişiklik - DƏMİR YOLUNDAN AÇIQLAMA
FED.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov bildirib.
“Sadəcə, sərnişinlərin sayı çoxdur”, - deyə Qurbanov qeyd edib.
Xatırladaq ki, sentyabrın 28-də Sumqayıt-Pirşağı-Bakı istiqamətində qatarların sayı artırılıb. Qarşılığında Sumqayıt-Xırdalan-Bakı istiqamətində saat 07:45 qatarı ləğv edilib.
Daha sonra “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məsələ ilə bağlı açıqlama yayıb.
“15-27 sentyabr 2022-ci il tarixlərində Abşeron dairəvi dəmir yolu xətti üzrə həftəiçi ortalama gündəlik 23 104 nəfər sərnişin daşınıb, bunun 81 %-ni Bakı-Pirşağı-Sumqayıt istiqaməti üzrə, 19%-ni Bakı-Xırdalan-Sumqayıt istiqaməti üzrə sərnişindaşıma təşkil edib. Hazırda hər iki istiqamət üzrə sərnişin sıxlığı müşahidə olunsa da, Sumqayıt-Pirşağı-Bakı istiqaməti üzrə sıxlıq daha çox olduğundan Sumqayıt-Xırdalan-Bakı istiqamətində saat 07:45 qatarı Sumqayıt-Pirşağı-Bakı istiqamətinə yönləndirilib.
Xatırladaq ki, hazırda "Azərbaycan Dəmir Yolları" QSC-nin mövcud qatar parkında 9 ədəd elektrik qatarı mövcuddur. Bunlardan 1-i Bakı-Gəncə istiqamətində, 7-si Bakı-Sumqayıt istiqamətində hərəkətdədir. 1 qatar isə ehtiyat qatar kimi saxlanılır və texniki baxışa göndərilən qatarın əvəzinə xəttə buraxılır. Qeyd edək ki, hazırda Abşeron dairəvi dəmir yolu xətti üzrə qatarlar mövcud qatar parkının sayına uyğun olaraq ən qısa intervalla işləyir. Sərnişin sıxlığı nəzərə alınaraq, yeni qatarların alınması istiqamətində işlər aparılır”, - deyə açıqlamada bildirilib. (Report)