Bu gün Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün başladılan proses çərçivəsində ilk önəmli addımlardan biri atılacaq.
Eləcə də bax: Türk Hava Yollarının rəhbəri - İSTEFA VERDİ
FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün İstanbul və İrəvan şəhərləri arasında birbaşa uçuşlara start verilir.
Uçuşları Türkiyə tərəfindən “Pegasus”, Ermənistan tərəfindən isə “Fly One Armenia” aviaşirkəti həyata keçirəcək. Reyslər həftədə 3 dəfə təşkil olunacaq.
Beləliklə, “Fly One” şirkətinin təyyarəsi İstanbul vaxtı ilə 19:50-də İstabul hava limanına enənəcək. “Pegasus” şirkətinin təyyarəsi isə saat 23:35-də Sabiha Gökçen hava limanından İrəvana yola düşəcək.
İstanbul-İrəvan arasında uçuşun müddəti təqribən 2 saata bərabər olacaq.