Türkiyə tərəfinin xahişləri nəzərə alınaraq ölkəyə daxil olan xarici avtodaşıyıcılardan alınan yığımların bir çoxu ləğv edilib.
Paşinyan: "Yük maşınlarının Türkiyədən Azərbaycana və geriyə tranziti üzrə marşrut hazırdır"
FED.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında bildirib.
Əli Əsədov deyib ki, 2024-cü ildə Azərbaycan və Türkiyə arasında tranzit daşımaları artaraq 4 milyon ton olub. Bu ilin 11 ayında isə bu rəqəm 3,5 milyondan artıqdır.
Eyni zamanda Türkiyə tərəfinin xahişləri nəzərə alınaraq Azərbaycana daxil olan xarici TIR-lara görə alınan yığımların bir çoxu ləğv edilib.
Dəmir yolu üzrə tranzit daşımalarda da artım qeydə alınsa da, həcmi qaneedici həddə deyil - 275 min ton. Bu gün Türkiyəni Azərbaycanla birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyəti ötən il Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artırılıb: "Bu yola əlavə yük axınlarının cəlb edilməsi üçün daha fəal işləməliyik"-deyə baş nazir bildirib.










