Ermənistan artıq bu gün Türkiyədən yük maşınlarının Marqara və Kornidzor vasitəsilə Azərbaycana və əks istiqamətdə tranzitini təmin etməyə hazır olduğunu bəyan edib.
Rəsmi Bakı Azərbaycan üzərindən Ermənistana yük daşınmasına - İCAZƏ VERDİ
FED.az xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan bildirib.
“Biz bunu təklif edirik, çünki artıq hazırdır”, - Ermənistanın Baş naziri Nikol Paşinyan qeyd edib.
Qeyd edək ki, Paşinyan daha əvvəl də Ermənistanın yük maşınlarının Türkiyədən Azərbaycana, Azərbaycandan Türkiyəyə Marqara-Yexeqnadzor-Sisian-Qoris marşrutu ilə tranzitini təmin etməyə hazır olduğunu bəyan edib. (Apa)












