Bakı Nəqliyyat Agentliyi (BNA) “BakıKart” ödəniş kartlarının balansının nağdsız üsulla artırılması imkanlarının reallaşdırılması üzrə işləri davam etdirir.
Eləcə də bax: Avtobuslarını yeniləməyən sahibkarlar xətdən çıxarılacaq - BNA-dan XƏBƏRDARLIQ
FED.az xəbər verir ki, bunu BNA mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.
Onun sözlərinə görə, bu istiqamətdə işlər 2020-ci ildə başlayıb, layihənin nə zaman başa çatacağı hələ məlum deyil.
M.Ağayev əlavə edib ki, Azərbaycanın Türkiyədən idxal edəcəyi yeni 320 avtobusda kartla ödəniş tətbiq olunacaq. Bundan başqa, nağd ödənişin tətbiq olunduğu bir sıra avtobus marşrutlarını da təmassız ödəniş sisteminə keçirmək planlaşdırılır. (Trend)