Xəbər verdiyimiz kimi, Bakı Nəqliyyat Agentliyində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən sahibkarlarla görüş keçirilib.
Eləcə dəa bax: BNA-dan daşıyıcılara qiymət artımına yol verilməməsi barədə - Xəbərdarlıq
FED.az xəbər veri ki, görüşdə problemlər və qarşıda duran vəzifələrə də toxunulub. Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli qeyd edib ki, düzgün və şəffaf idarəetmə şəraitinin yaradılmasına baxmayaraq daşıyıcılar avtobus parkının yenilənməsində fəal deyillər. Lakin vətəndaşların rahatlığı və təhlükəsizliyinin vacibliyi nəzərə alınaraq bu il qəsəbələr üzrə avtobus parkı mütləq qaydada yeniləməlidir. Bu tələbə əməl etməyən daşıyıcılar isə marşrut şəbəkəsindən kənarlaşdırılacaq.
Bəzi daşıyıcılar müəyyən qüvvələrin dəstəyilə avtobusların yenilənməsi, eləcə də “BakıKart”a keçid prosesini gecikdirmək məqsədilə süni narazılıqlar və problemlər yaradırlar. Bildirilib ki, bu kimi cəhdlər uğursuzdur və bunu edənlərə qarşı ciddi tədbirlər görüləcək.
İdarə Heyətinin sədri gündəlik olaraq avtobusların qarajlardan çıxışına nəzarətin gücləndirilməsi, resyqabağı texniki və tibbi müayinə ilə bağlı monitorinqlərin aparılmasına dair tapşırıqlar verib.