Hər gün artan taksi şirkətləri sərnişinlər arasında seçimi çətinləşdirir. Təklif olunan çoxsaylı taksi xidmətləri onlarda istər rahatlıq, əlçatanlıq, istərsə də qiymət baxımından sual yaradır: hansı şirkət daha sərfəlidir?
Ayda 1500 manat qazanan şəxs - NEÇƏ MANATLIQ MAŞIN ALMALIDIR? – HESABLAMA
FED.az biznes və maliyyə xəbərləri portalı müqayisə etmək üçün Bakıda üç ünvanı əhatə edən marşrut üzrə taksi şirkətlərinin təklif etdiyi qiymətləri araşdırıb.
İt gəzdirməklə 200 min dollar qazananlar – UĞURLU HEYVAN BİZNESİ
Hərəkət marşrutu 3 hissədən ibarətdir:
(1) 28 May metrostansiyasından (əsas çıxışdan) Suraxanı Rayon Məhkəməsinə (Bakıxanov rayonu, Nazim İsmayılov küçəsi) - məsafə 15 km,
(2) Suraxanı Rayon Məhkəməsindən Ədliyyə Nazirliyinə (Yasamal rayonu, İnşaatçılar prospekti 1) – məsafə 18 km,
(3) Ədliyyə Nazirliyindən 28 May metrostansiyasına (əsas çıxış) – məsafə 5 km.
Eləcə də marşrutla hərəkət zamanı 5-10 dəqiqə gözləmə halı da nəzərə alınıb. Sözügedən 3 marşrut üzrə Bakıda xidmət göstərən taksi şirkətlərinin təklif etdiyi qiymətləri təqdim edirik:
1). 189 taksi
Sözügedən məsafə üzrə ödəniş ekonom klass ilə 17,60 manat, biznes klass ilə isə 25,70 manat olacaq. Gözləmə üçün hər dəqiqə 0,05 manatdan hesablanır. Pik saatlarda bu qiymər 2-3 manat arası аrta bilər.
2). *9000 “Bakı London taksi”
Marşrut üzrə ödəniş 30,00 manat olacaq (standart tarif). Biznes klass ilə isə 40,00 manat təşkil edəcək. İlk 10 dəqiqə pulsuzdur. Sonrakı hər dəqiqə üçün ödəniş 0,05 manat hesablanır. Pik vaxtlarda isə bu qiymət 0,10 manat dəyərində dəyişir.
3). *8844 “City taksi”
Bu məsafənin qiyməti 16,00 manat edəcək (ekonom klass). Biznes klass ilə ödəniş 25,00 manat təşkil edəcək. Taksi ilk 5 dəqiqə üçün ödəniş hesablamır, lakin sonrakı hər 5 dəqiqə üçün 0,25 manat tələb olunur. Bu qiymətlər pik saatlarda maksimum 1 manat dəyərində dəyişir.
4). *9933 “Salam taksi”
Marşrut üzrə qiymət 12,65 manat hesablanır. Operator hər dəqiqə üçün ödənişin nəzərə alındığını desə də, bunu sistemin avtomatik hesabladığını bildirərək cavablandıra bilmədi. Qeyd edək ki, gün ərzində ikinci sifarişdə endirim olunur.
5). *9111 “Ekonom taksi”
Bu marşrut üzrə gediş haqqı 12,10 manat olacaq (Ekonom klass). Gözləmə üçün hər dəqiqə 0,05 manat təşkil edir. «Biznes klass» tarifi üzrə qiymət isə 14,10 manat dəyərində dəyişir. Müvafiq marşrut üzrə hərəkət pik saatlara təsadüf edərsə qiymətdə 1-2 manat artım ola bilər.
6). *5000 “Ulduz taksi”
Bu məsafə üzrə ödəniş 17,00 manat edəcək (ekonom klass). Biznes klass üçün qiymət 25,00 manat olacaq. Operatorun sözlərinə görə, taksinin müştərini ilk 5 dəqiqə gözləməsi üçün şirkət tərəfindən ödəniş tələb olunmur. Sonrakı 5 dəqiqə üçün isə hər dəqiqənin dəyəri 0,05 manatdan hesablanır. Bu qiymətlər pik saatlarda 1-2 manat arası dəyişir.
7). *8555
Müvafiq məsafə üzrə ödəniş 14,50 manat edəcək. Bu qiymətə 5 dəqiqə pulsuz gözləmək də daxildir. Operator bildirir ki, taksi sonrakı hər dəqiqə üçün 0,05 manat ödəniş hesablayır. Bütün saatlarda ödəniş eynidir. Sifarişi öncədən də rezerv etmək mümkündür.
8). Bolt
Bu məsafənin qiyməti 9,18 manat təşkil edir. Komfort avtomobildə isə bu qiymət 13,43 manat hesablanır.
9). Uber
İlk 3 dəqiqə pulsuz gözləmədir, sonrakı hər dəqiqə üçün isə 0,05 qəp ödəniş hesablanır. Marşrut üzrə ödəniş 10,20 qəp təşkil edir.
10). *0404 "Omeqa taksi"
Üç istiqamət marşrutu üzrə ödəniş 12,20 manat təşkil edir (econom klass). Bizness klassda isə bu qiymət dəyəri 14,20 manata dəyişir. Gözlənilən hər dəqiqə üçün isə 0,05 manat ödəniş hesablanır.