Bu gün səhər saatlarında 551 saylı sərnişin avtobusu qəzaya uğrayıb.
FED.az xəbər verir ki, içərisində sərnişin dolu avtobus yüksək sürətlə gedərkən sürücü idarəetməni itirib. Nəticədə avtobus qarşıdakı TIR-a çırpılıb.
Bildirilir ki, qəza nəticəsində 10-dan çox yaralanan olub.
Hadisə barədə ətraflı məlumat almaq üçün Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova ilə əlaqə saxladıq. Qurum rəsmisi açıqlamasında bildirdi ki, yol qəzası bu gün səhər saatlarında baş verib.
Eləcə də bax: Sığorta şirkətləri avtobusları sığortalamaqdan – İMTİNA EDİRLƏR
"Həmin avtobusun əyləc sistemi işləməyib və nəticədə maşın qarşıdakı yük avtomobilinə çırpılıb. Hazırda əməkdaşlarımız hadisə yerindədirlər. Əslində deyildiyi kimi avtobusun sürəti çox olmayıb”, - deyə N. Allahyarova bildirib.
Qurum rəsmisi deyir ki, N. Allahyarova deyir ki, qəza nəticəsində xəsarət alanlardan 4 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan biri hamilə qadındır. Onun vəziyyəti stabildir. Digər 6 sərnişinə isə yerində köməklik göstərilib.
Bundan başqa, 551 saylı avtobusla bağlı vəziyyət heç də xoşagələn deyil. Bu səbəbdən, həmin daşıyıcı şirkətin rəhbərliyinə 2 dəfə xəbərdarlıq edilib.
Hazırda şirkətlə bağlı tədbir görüləcək.
Eləcə də bax: İSB avtobusları sığortalamayan şirkətlərlə bağlı - MƏLUMAT YAYDI
©Baku.ws
Bakıda ağır avtobus qəzası: TIR-la toqquşdu - YARALILAR VAR
11:50
6 Fev 2019