Bakıda 2027-ci ilə qədər daha 11 yeni metro stansiyasının tikilməsi nəzərdə tutulub.
Eləcə də bax: Bakıda yeni açılacaq bütün - METRO STANSİYALARININ - YERLƏRİ – TAM SİYAHI
FED.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, bu məsələ Bakı şəhərinin baş planında da nəzərdə tutulub: “Bakının baş planına uyğun olaraq metropolitendə xətlər bir-birindən ayrılmalıdır. Xətlərin ayrılması üçün də mütləq şəkildə “Şah İsmayıl Xətai” stansiyasından “Həzi Aslanov” stansiyasına qədər olan və “Koroğlu” stansiyasından “Dərnəgül” stansiyasına qədər olan hissələr inşa olunmalıdır”.
Eləcə də bax: Azərbaycanın buraxacağı - ELEKTRİK AVTOBUSLARI BELƏ OLACAQ
B.Məmmədov qeyd edib ki, ümumilikdə, 2027-ci ilə qədər 11 metro stansiyasının inşası nəzərdə tutulub: “Həmin dövrdə “İçərişəhər” stansiyasından sonra 2 yeni stansiyanın da inşası planlaşdırılıb. Çünki xətlər bir-birindən ayrılanda hər bir xətdə müstəqil hərəkət təşkil olunmalıdır. Müstəqil hərəkətin də intensivliyi üçün “İçərişəhər” stansiyasından sonra dönmə kamerası olan 1 stansiya olmalıdır. Xətlərin ayrılması üçün “Yaşıl xətt” üzrə “Şah İsmayıl Xətai” və “Dərnəgül” stansiyalarından sonrakı xətlərin tikintisi vacibdir. Yəni “Dərnəgül” stansiyasından sonra 3, “Şah İsmayıl Xətai” stansiyasından sonra isə 4 stansiyanın inşası mütləqdir”.