«Gəncə Avtomobil Zavodu»nda buraxılması planlaşdırılan elektriklə işləyən avtobusların bəzi göstəriciləri açıqlanıb.
Eləcə də bax: Azərbaycana elektriklə işləyən - TAKSİLƏR GƏTİRİLƏCƏK
FED.az xəbər verir ki, «Gəncə Avtomobil Zavodu» İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev bildirib ki, zavod Azərbaycanın bütün şəhər və rayonlarını müasir nəqliyyat vasitələri olan avtobuslarla və elektrobuslarla təmin etmək gücündədir: «Elektrobuslar həm ekoloji, həm də yanacağa qənaət baxımından çox sərfəlidir».
Bildirilir ki, 83 sərnişinin daşıya bilən avtobuslar 26 oturacaqla, kondisionerlə, həmçinin məlumat monitoru və video nəzarət sistemi ilə təmin olunub. Elektrobusun sürəti 60 kilometr/ saat təşkil edəcək. Avtomobilin akkumulyatoru şəhər rejimində RGZP/G/300KW 600VEN doldurma stansiyası tərəfindən cəmi 6 dəqiqə ərzində tam doldurulur və enerji tam bərpa olunur.