Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 11 avtobus marşrutunu müsabiqəyə çıxarıb.
FED.az xəbər verir ki, bunlar 142E nömrəli şəhərətrafı (ekspres), 340, 421, 445, 446, 220, 332, 336, 442, 443, 444 nömrəli şəhərətrafı avtobus marşrutlarıdır.
Sahibkarlara xəbərdarlıq: "Avtobusları yeniləyin!"
Müsabiqədə iştirak etmək üçün sənədlər 27 avqust 2024-cü il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – Mob: 050-855-53-55, e-poçt: [email protected]) qəbul ediləcək.
Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
Şərtlərə görə, müsabiqədə iştirakçılar azı 3 marşrut əldə etməlidirlər. Belə ki,
İddiaçıların təklifləri komissiya tərəfindən 142E nömrəli şəhərətrafı (ekspres) (Pirallahı qəs.- Koroğlu metro stansiyası); 340 nömrəli şəhərətrafı (Binə qəs. - Mərdəkan qəs., (Şüvəlan yolu)); 421 nömrəli şəhərətrafı (Türkan qəs. - Mərdəkan qəs. (mərkəz)); 445 nömrəli şəhərətrafı (Pirallahı qəs. - "Qala" NMM) istiqamətlərində 4 Lot üzrə sentyabrın 13-də;
446 nömrəli şəhərətrafı (Zirə qəs. - Mərdəkan qəs. (mərkəz)); 220 nömrəli şəhərətrafı (Hövsan qəs. (Hövsan şosesi, Qaz stansiyası) - Hövsan qəs. FHN Akademiyası); 332 nömrəli şəhərətrafı (Binə qəs. ("Bolluq" y/m) - Milli Aviasiya Akademiyası) istiqamətində 3 Lot üzrə sentyabrın 17-də;
336 nömrəli şəhərətrafı (Binə qəs. (Dəmiryolu stansiyası) - H.Cavid küç. (kanal)); 442 nömrəli şəhərətrafı (Qala dəmir yolu stansiyası- Buzovna qəs. (Zuğulba şosesi, park)); 443 nömrəli şəhərətrafı (Qala dəmir yolu stansiyası- Mərdəkan qəs. (Şüvəlan yolu, Mərdəkan çimərliyi)); 444 nömrəli şəhərətrafı (Qala qəs. (Qala qoruğu) - Şağan qəs.) avtobus marşrutları istiqamətlərində 4 Lot üzrə sentyabrın 20-də baxılacaq.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə etmək olar.