Rəqəmsal inkişaf və nəqliyyat nazirliyi sərnişin daşımaları ilə məşğul olan sahibkarlara avtobusların yenilənməsi ilə bağlı müraciət edib.
Bakıda taksilər nə qədər bahalaşıb - ƏN UCUZ TAKSİ HANSIDIR? – QİYMƏTLƏR, SİYAHI
FED.az xəbər verir ki, bu müraciət Mobillik sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı keçirilən brifinq zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov tərəfindən səsləndirilib.
Onun sözlərinə görə, yararsız nəqliyyat vasitələri ilə sonsuza qədər fəaliyyətin davam etdirilməsi mümkün olmayacaq.
Nazir müavini onu da qeyd edib ki, sahibkarlar mümkün qədər qısa zamanda yararsız nəqliyyat vasitələrinin yenilənməsi məsələsini öz planlarında nəzərə almalıdırlar. (Apa)