‘’Azərbaycan Dəmir Yolları’’ QSC Bakı-Qəbələ-Bakı marşrutu üzrə sərnişin daşımalarına start verir
Bakı-Qəbələ-Bakı sürət qatarı - FƏALİYYƏTƏ BAŞLAYIR
Bu barədə FED.az-a ‘’Azərbaycan Dəmir Yolları’’ QSC-dən məlumat verilib.
“Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyəti mart ayının 18-dən etibarən Bakı-Qəbələ-Bakı marşrutu üzrə sərnişin daşımalarını həyata keçirəcək.
Müvafiq marşrut üzrə biletlər 4 mart tarixindən etibarən satışa çıxarılacaq.
"Hərəkət cədvəlinə gəlincə qatar həftəsonları olmaqla hər şənbə günü saat 08:00-da Bakıdan Qəbələyə yola düşərək saat 11.20-də mənzilbaşına çatacaq. Qəbələ-Bakı marşrutu üzrə isə qatar hər bazar günü saat 19:00-da yola düşəcək və Bakı Dəmiryol Vağzalına saat 22:20-da çatacaq.
Bildirilib ki, marşrut üzrə bir istiqamətə gediş haqqı standart sinif üçün 14 AZN, biznes sinfi üçün 31 AZN, birinci sinif üçün isə 93 AZN təşkil edir. Biletləri Bakı Dəmiryol Vağzalının kassalarından və ya ADY-nin rəsmi saytından əldə etmək olar. (Trend)