Bakı Nəqliyyat Agentliyinə məxus "Albalılıq avtoparkı" MMC-nin direktoru Əvəzağa Ələsgərov vəzifəsindən azad edilib.
Eləcə də bax: “Subaru Azərbaycan”ın rəhbəri dəyişib – TƏYİNAT
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, şirkətə rəhbərlik Ceyhun Fətullayevə həvalə olunub.
Xatırladaq ki, "Albalılıq avtoparkı" 1999-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 17,2 min manatdır.