Yapon avtomobil markası olan “Subaru”nun Azərbaycanda rəsmi və yeganə distribyutor şirkəti “Subaru Azərbaycan”nın rəhbəri dəyişib.
Eləcə də bax: "PAŞA Bankı"ı "Azercell"ə dəyişdi - YENİ TƏYİNAT
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, “Subaru Azərbaycan”a bu günə qədər rəhbərlik edən Şahin Şahverdiyev Əmiraslan oğlu vəzifəsindən azad edilib.
Onun yerinə bu şirkətə Elçin Əsədov Qamət oğlu təyin edilib. Qeyd edək ki, E.Əsədov 2005-ci ildən Honda Azərbaycan-a rəhbərlik edirdi.
Xatrıladaq ki, “Subaru Azərbaycan” MMC 2006-cı ildə yaradılıb və 3 700 020 manat nizamnamə kapitalına sahibdir.