“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı) 2020-ci ili 1,338 milyon manat xalis mənfəətlə başa vurub.
Eləcə də bax: Bakı Limanının yarım milyon manata yaxın - VERGİ BORCU VAR
FED.az səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 4,9 dəfə çoxdur.
2020-ci ildə Bakı Limanının əsas əməliyyat gəlirləri 20,155 milyon manat (2019-cu ilə nisbətən 8,9% çox), digər əməliyyat gəlirləri 6,897 milyon manat (3,3 dəfə çox), əmək haqqı və işçilərlə bağlı digər xərcləri 12,947 milyon manat (19,6% çox), saxlanma və təmir xərcləri 3,895 milyon manat (80% çox), köhnəlmə xərcləri 1,179 milyon manat (45,2% çox), sosial xərcləri 884 min manat (2,2% çox), kommunal xərcləri 763 min manat (18,1% çox), rabitə xərcləri 842 min manat (70,4% çox), reklam xərcləri 366 min manat (0,8% çox), ofis xərcləri 318 min manat (25,7% çox), tədqiqat xərcləri 113 min manat (46,4% az), ezamiyyə xərcləri 104 min manat (3,8 dəfə az), bank xərcləri 94 min manat (16% çox), peşəkarlıq və məsləhət xidmətləri xərcləri 64 min manat (5,9% az), sanitariya və ekoloji xərcləri 31 min manat (1,1% az), digər əməliyyat xərcləri 2,23 milyon manat (2,4 dəfə çox), faiz xərcləri 10 min manat (3,8 dəfə az), məzənnə fərqindən zərəri 23 min manat (3,3 dəfə az), digər xərcləri 76 min manat (4,9 dəfə az), mənfəət vergisi ödəmələri 103 min manat (32,2% az), mənfəət vergisindən başqa digər vergi ödəmələri 847 min manat (4,2% çox), sığorta haqqı ödəmələri isə 826 min manat (16% çox) təşkil edib.
2021-ci il yanvarın 1-nə Bakı Limanının aktivləri 93,774 milyon maanat olub ki, bu da illik müqayisədə 3,5% çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 40,3% artaraq 6,433 milyon manata, balans kapitalı isə 1,5% artaraq 87,341 milyon manata çatıb.
Xatırladaq ki, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" 1902-ci ildən fəaliyyət göstərən Bakı Limanının bazasında 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 16 min manatdır. Liman yük, neft və bərə terminallarından ibarətdir. (Report)