ABŞ-dan daşımaları həyata keçirən “Silk Way” şirkəti tərəfindən “Mover”a aid bağlamalarının daşınmasına məhdudiyyət qoyulub.
FED.az xəbər verir ki, bu barədə "Mover.az" şirkətinin yayımladığı məlumatda bildirilir.
Məlumatda bildirilir ki, bir müddətdir ABŞ anbarımıza daxil olan bağlamaların müştərilərə vaxtında çatdırılmasında problemlərlə üzləşirik. Uzun müddətdir əməkdaşlıq etdiyimiz, ABŞ-dan daşımaları həyata keçirən “Silk Way” şirkəti və onların agenti olaraq çıxış edən xarici şirkətlər bağlamaların Bakı anbarına göndərilməsindən qanunsuz olaraq imtina edirlər. Xarici agent şirkətlər imtinanın əsası kimi “Silk Way” tərəfindən “Mover”-a aid bağlamalarının daşınmasına məhdudiyyət qoyulduğunu bildirirlər.
"Nəzərinizə çatdırmaq istəyirik ki, bir müddətdir ABŞ anbarımıza daxil olan bağlamaların müştərilərə vaxtında çatdırılmasında problemlərlə üzləşirik. ABŞ anbarından bağlamaların çatdırılmasında baş verən gecikmələr “Silk Way” şirkətinin “Mover”-a olan qərəzli münasibəti səbəbi ilə baş verməkdə davam edir. Belə ki, uzun müddətdir əməkdaşlıq etdiyimiz, ABŞ-dan daşımaları həyata keçirən “Silk Way” şirkəti və onların agenti olaraq çıxış edən xarici şirkətlər bağlamaların Bakı anbarına göndərilməsindən qanunsuz olaraq imtina edirlər. Xarici agent şirkətlər imtinanın əsası kimi “Silk Way” tərəfindən “Mover”-a aid bağlamalarının daşınmasına məhdudiyyət qoyulduğunu bildirirlər.
Tərəfimizdən dəfələrlə “Silk Way” şirkətinə müraciət edilsə də, onlar müraciətlərimizi cavablandırılmamışlar və ya şifahi olaraq rəhbərliyin bu məsələ ilə bağlı qərar verməli olduğunu bildirmişlər. Sözügedən şirkətin məhsul şəxsi olduğunu iddia edən Şəlalə Həsənova tərəfindən “Silk Way” ilə “Mover” arasında hüquqi problemin olduğu bildirilsə də, “Silk Way” şirkətinin hüquq şöbəsi ilə əlaqə saxladıqda şöbənin məsul şəxsi bildirmişdir və təsdiq etmişdir ki, “Mover” ilə “Silk Way” arasında heç bir hüquqi mübahisə yoxdur və ola da bilməz. Belə ki, şirkətlər arasında heç bir birbaşa və dolayı müqavilə, yəni hüquqi münasibət yoxdur.
Onu da qeyd edək ki, tərəfimizdən “Silk Way” şirkətinə uzun illərdir ki, müqavilə bağlamaq üçün müraciət edilsə də, şirkət bu təklifdən də əsassız olaraq dəfələrlə imtina etmişdir. Bildirmək istəyirik ki, bizim “Silk Way” ilə ”əməkdaşlıq” etdiyimiz dövr ərzində sözügedən şirkət ilə heç bir mübahisəmiz, o cümlədən indiki münasibətə səbəb olacaq heç bir hərəkətimiz olmamışdır.
Bu problemin həlli istiqamətində tərəfimizdən yüksək səviyyədə danışıqlar aparılır. Odur ki, dəyərli müştərilərimizdən bu məsələdə səbirli və anlayışlı olmağı xahiş edirik!
Həmçinin bəyan etmək istəyirik ki, yuxarıda göstərilən səbəblərdən dolayı, ABŞ-da yerləşən anbarın fəaliyyəti 15.12.2022-ci il tarixindən ən tezi 01.04.2023-cü il tarixinədək dayandırılır. Əlavə olaraq qeyd edək ki, biz ABŞ-dan daşımaları ilin müxtəlif aylarında Türk Hava Yolları vasitəsilə etsək də, ilin digər ayları Türk Hava Yolları təyyarələrinin yük həcminin az olduğu, daşımaların həyata keçirilməsinin mümkünsüz olduğu səbəbilə daşımalar zamanı “Silk Way” ilə əməkdaşlıq etməli olurduq.
Sizdən Mover tətbiqi və sayt vasitəsi ilə ABŞ anbarına sifarişləri dayandırmağınızı xahiş edir və bildirmək istəyirik ki, ABŞ anbarına 15.01.2023-ci il tarixindən sonra daxil olan bağlamalar üçün “Mover” MMC məsuliyyət daşımayacaqdır!.
Bir daha nəzərinizə çatdırmaq istəyirik ki, siz müştərilərimiz qarşısında öhdəliklərimizi tam formada qəbul edirik və ən qısa zamanda Amerika anbarımızda olan bütün bağlamalar mümkün bütün variantlar ilə sizə çatdıracayıq.
Hazırda qeyd edilən hava yolları uçuş vaxtını 16 Dekabr tarixindən 19 Dekabr tarixinə dəyişib. Ümid edirik ki, mümkün ən qısa zamanda yaranmış problemləri həll edə biləcəyik.
Bu səbəblərdən dolayı, ABŞ-da yerləşən anbarın fəaliyyəti 15.12.2022-ci il tarixindən ən tezi 01.04.2023-cü il tarixinədək dayandırılır.
Qeyd edilib ki, Mover tətbiqi və sayt vasitəsi ilə ABŞ anbarına sifarişləri dayandırmağınızı xahiş edir və bildirmək istəyirik ki, ABŞ anbarına 15.01.2023-ci il tarixindən sonra daxil olan bağlamalar üçün “Mover” MMC məsuliyyət daşımayacaqdır!" - deyə “Mover” MMC-nin açıqlamasında bildirilir.