Rusiya Federasiyası hökuməti 2023-cü ildə Azərbaycanın 17 gəmisinin Xəzər dənizindən Azov dənizinə, Həştərxandan Volqa çayı boyunca Volqa-Don gəmiçilik kanalı vasitəsilə Rostov-Don marşrutu və əks istiqamətdə hərəkət etmələrinə icazə verib.
2 ildə 10 min ədədən çox TIR daşıyan “Azərbaycan” gəmisi
FED.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Baş nazir Mixail Mişustinin imzaladığı müvafiq sərəncam hüquqi informasiyanın rəsmi portalında dərc olunub.
Sənədə əsasən, “Garadagh”, “Teymur Ehmedov”, “Maestro Niyazi”, “Gafur Mammadov”, “Uzeyir Hajibeyli”, “Natavan”, “Rasul Rza”, “Huseyn Javid”, “General Aslanov”, “Shair Sabir”, “Shair Vagif”, “Mahmud Rehimov”, “Ganja”, “Professor Aziz Aliyev”, “Lachin”, “Kalbajar”, “Akademik Khoshbakht Yusifzadeh” gəmilərinə Rusiya Federasiyasının daxili su yolları ilə Xəzər dənizindən Azov dənizinə və əks istiqamətdə tranzit məqsədi ilə çoxsaylı keçidlərə icazə verilir. (Vergiler.az)