“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) sifarişi ilə "Bakı Gəmiqayırma Zavodu" MMC-də inşa olunan ilk milli "Ro-Pax" tipli “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsindən 2 il ötür.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin xidmətləri - “Bakı KOB evi”ndə
QSC-nin yaydığı məlumatda bildirilir ki. gəminin istismara verilməsi mərasimi 1 mart 2021-ci ildə Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə baş tutub.
İndiyədək “Azərbaycan” gəmisi ilə ümumilikdə 322 reys həyata keçirilib və 1073 vaqon, 2596 ədəd minik avtomobili, 10178 ədəd yük avtomobili/TIR, 11159 nəfər sərnişin daşınıb.
Qeyd edək ki, "Azərbaycan" gəmi-bərəsi Britaniya Kral Dəniz Mühəndisləri Cəmiyyətinin (RİNA) "Significant Ship 2021" reytinqinə əsasən dünyanın ən yaxşı 50 gəmisi siyahısına daxil edilib.