Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") Azərbaycandan Rusiyaya dəmir yolu vaqonları ilə alma və pomidor tədarükünə dair icazə 2022-ci ilin aprelin 1-dək uzadılıb.
Eləcə də bax: “Rosselxoznadzor” Azərbaycanın 11 müəssisəsindən Rusiyaya alma idxalına icazə verib
FED.az xəbər verir ki, "Rosselxoznadzor"un yaydığı məlumata görə, bu qərar "Rosselxoznadzor"un rəhbəri Sergey Dankvertlə Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzlı arasında aparılan danışıqların nəticələrinə əsasən qəbul edilib.
Qeyd olunan tarixdən sonra konteyner daşımalarına keçid təmin ediləcək.
Elmi və texniki əməkdaşlığı müzakirə edərkən, Azərbaycan tərəfi meyvə-tərəvəz məhsullarının dezinfeksiya edilməsinin ən təsirli yolları ilə əlaqədar Azərbaycanda məsləhətləşmələr aparmaq xahişi ilə "Rosselxoznadzor"a müraciət edib. (Apa)