Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) Azərbaycanın 11 müəssisəsindən bu ölkəyə alma idxalına icazə verib.
Rusiya, Türkiyə pomidoruna və bibərinə tətbiq etdiyi məhdudiyyətləri ləğv edib
FED.az xidmətin saytına istinadla xəbər verir ki, ölkəmizdə alma istehsal edən müəssisələrin fitosanitar monitorinqinin nəticələrinə görə, həmçinin Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti əsasında sentyabrın 14-dən etibarən Azərbaycanın 11 müəssisəsindən bu məhsulun Rusiyaya ixracına icazə verilib.(AZƏRTAC)