2024-cü ilin yanvar ayında ictimai iaşə dövriyyəsi 146,9 milyon manat olub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Bu 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,7 faiz çoxdur
Özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,5 faizi hüquqi şəxslərin, 49,5 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2023-cü ilin yanvar ayı ilə müqayisədə 10,0 faiz artaraq 73,4 milyon manat olub