Azərbaycanda yük daşınması üçün sifarişçiləri və yük sahiblərini yük avtomobilləri ilə əlaqələndirən yeni startap - «A truck» proqramından istifadə kəskin artıb.
Bu barədə FED.az-a «A Truck» şirkətinin təsisçisi və direktoru İlqar Tağıyev bildirib. Onun sözlərinə görə, hazırda şirkətin İnsatgram və digər sahifələrdə aktiv tanıtım kampaniyaları aparılır. «Gün ərzində təxminən 20 yeni qoşulma olur. Qeydiyyatdan keçən maşınların sayı artıq 1500-ə yaxınlaşıb. Ümumi istifadəçilərin sayı 2000-dən çoxdur. Gündəlik sifarişlər isə 10-a yaxın olur».
İlqar Tağıyev həmçinin qeyd edib ki, şirkət “İnstagram” və “Telegram” hesablarından başqa tezliklə “Whatsapp’’ və ‘’İmessage” platformaları üzərindən də xidmət göstərəcək. Gələn həftə isə şirkətin rəsmi saytı istifadəçilər üçün istifadəyə veriləcək.
Qeyd edək ki, “A truck” ölkədə ilk dəfə olaraq yük sahibləri ilə avtomobil sürücülərini əlaqələndirən startap layihəsi kimi fəaliyyətə başlayıb. Bu sistem sifarişçilər və avtomobil sahiblərini kənar vasitəçilər olmadan bir-biri ilə əlaqələndirir.