Azərbaycanda yeni böyük logistika şirkəti təsis edilib.
Eləcə də bax: “Akkord”a yaxın yeni şirkət - Yaradılıb
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, yeni yaradılan şirkət “Zəfər Yolu Logistika” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Logistika şirkəti, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 13 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu, Xətai pr, ev 34 (Luxen Plaza bu ünvanda yerləşir) ünvaınında 200 000 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb.
“Zəfər Yolu Logistika” MMC şirkətin qanuni təmsilçisi 26 yaşlı Tərlan Sultanlı Zamin oğludur.
Tərlan Sultanlı həmçinin 2016-ci ildən Azərbaycan inşaat matrialları bazarında rəsmi qeydiyyata alınan “Dekastar Company” MMC-nin baş icraçı direktorunun müavinidir.