Azərbaycanda “Akkord” brendi altında daha bir şirkət təsis edilib.
Eləcə də bax: Azərbaycanda eyni şəxs oxşar adlarla - 2 Şirkət Yaradıb
FED.az Banker.az-a istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən “Akkord Logistika Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alınıb.
Şirkət Bakı Şəhəri Sabunçu Rayonu, Mədən 1 ünvanında qeydiyyata alınıb və 100 manat nizamnamə kapitalına sahibdir. Şirkətinin qanuni təmsilçisi Sərxan Məmməd-Bağırov İlham oğludur.