2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 112 ədəd traktor istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə traktor istehsalı 52 ədəd və ya 31,7% azalıb.
2023-cü ilin yanvar-fevral aylarında bu göstərici 164 ədəd təşkil edib.
2024-cü ilin 1 mart tarixinə hazır məhsul ehtiyatı 10 ədəd təşkil edib.
Bu göstərici də keçən ilin müvafiq dövrü ilə müqyaisədə 6 ədəd yaxud 37,5% azalıb.
2023-cü ilin 1 mart tarixinə hazır məhsul ehtiyatı 16 ədəd olub.