2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 574ədəd minik avtomobili istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə minik avtomobili istehsalı 118 ədəd və ya 25,9% artıb.
2023-cü ilin yanvar-fevral aylarında bu göstərici 456 ədəd təşkil edib.
2024-cü ilin 1 mart tarixinə hazır məhsul ehtiyatı 232 ədəd təşkil edib.
Bu göstərici də keçən ilin müvafiq dövrü ilə müqyaisədə 233 ədəd yaxud 2 dəfə azalıb.
2023-cü ilin 1 mart tarixinə hazır məhsul ehtiyatı 465 ədəd olub.