2021-ci ilin yanvar-avqust aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 744 milyon 548,9 min sərnişin daşınıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 11,8% azdır.
Eləcə də bax: Azərbaycanda taksi istifadəçilərinin sayı - İki Dəfədən Çox Artıb
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 1 milyon 533.3 min nəfər (artım 0,1%), dəniz nəqliyyatı ilə 10,4 min nəfər (azalma 28,8%), hava nəqliyyatı ilə 687,2 min nəfər (artım 39,9%) daşınıb.
Cari ilin yanvar-avqust aylarında avtomobil nəqliyyatı vasitələri ilə 713 milyon 578,5 min sərnişin (azalma 8,2%), avtobuslarla 651 milyon 803,9 min sərnişin (azalma 12,9%), taksilərlə 61 milyon 774,6 min sərnişin (artım 2,1 dəfə) daşınıb.
2021-ci il mayın 31-dən etibarən fəaliyyətini bərpa edən metro ilə 28 milyon 739,5 min nəfər daşınıb (azalma 55,6%).
Bundan başqa, mart ayında metro, ölkənin regionlarına avtobuslarla daşımalar dayandırılıb, dəmir yolu ilə sərnişin daşımaları əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb. Metropolitenin fəaliyyəti mayın 9-dan bərpa olunsa da, koronavirusa yoluxanların sayının artması səbəbindən iyulun 4-dən yenidən dayandırılıb, sentyabrın 14-dən isə bərpa olunub. Oktyabrın 19-dan 2021-ci il aprelin 1-dək metropolitenin fəaliyyəti dayandırılıb və mayın 31-dən yenidən bərpa olunub.
O cümlədən, istirahət günlərində Azərbaycanda ictimai nəqliyyat COVİD-19 infeksiyasının yayılmasına qarşı mübarizə çərçivəsində məhdudiyyətlərlə əlaqədar fəaliyyət göstərmir. (İnterfaks)