«Bərdə-Avtonəqliyyat» ASC yaranmış borclara görə, torpağının və əmlakının bir hissəsini satışa çıxaracaq.
Eləcə də bax: Azərbaycanda nəqliyyat şirkəti – LƏĞV EDİLİR - TOPLANTI
FED.az xəbər verir ki, bu məsələ şirkətin səhmdarlarının iyunun 3-də keçiriləcək ümumi yığıncağında müzakirə ediləcək.
3 iyun 2022-ci il saat 10.00-da “Bərdə -Avtonəqliyyat”ASC səhmdarlarının
növbəti illik ümumi yığıncağı keçiriləcəkdir. Yığıncaqda “Bərdə -Avtonəqliyyat”ASC –nin 2021-ci il üçün maliyyə- təsərrüfat fəaliyyətinin nəticələrinin müzakirəsi və təsdiqi, Mənfəətin bölüşdürülməsi məsələlərinin müzakirəsi, “Bərdə -Avtonəqliyyat”ASC –nin vergi və yaranmış digər borclarının müzakirəsi və onların həlli, “Bərdə -Avtonəqliyyat”ASC –nin yaranmış borclarla əlaqədar mövcud əmlakının və ərazisinin bir hissəsinin satılması barədə qərar qəbul edilməsi və digər məsələlər müzakirə olunacaq.
Səhmdarlar yığıncagın gündəliyində nəzərdə tutulan məsələlərə aid materiallarla tanış olmaq üçün “Bərdə -Avtonəqliyyat”ASC –nin hüquqi ünvanına müraciət edə bilərlər. Ünvan- Bərdə şəhəri, H.Aslanov küçəsi 119.