«Bakı Yükdaşıma Nəqliyyat» ASC səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, 19 may 2022-ci il saat 11.00-da səhmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcək. Yığıncaqda müzakirə olunacaq əsas məsələ ASC-nin ləğv edilməsi və ləğvetmə komissiyasının yaradılmasıdır.
Müəssisədən ASC-nin ləğv edilməsinin səbəbini açıqlamayıblar. Bununla yanaşı, bildirilib ki, hazırda «Bakı Yükdaşıma Nəqliyyat» ASC-nin heç bir nəqliyyat vasitəsi yoxdur və müəssisə faktiki olaraq fəaliyyətsizdir.
İclas Bakı, Binəqədi rayonu, Dərnəgül şossesi, 23-cü Dağlıq küçəsi, 3095A nömrəli məhəllə ünvanında keçiriləcək. Telefonlar- (012) 562-74-08, mobil- (070) 660-77-46.