2021-ci ildə Azərbaycanda nəqliyyatçılar 1 milyard 214,2 milyon sərnişinə xidmət göstərmişlər.
Eləcə də bax: Bakıda ən ucuz taksi hansıdır? – QİYMƏTLƏR VƏ MÜQAYİSƏ
FED.az biznes və maliyyə xəbərləri portalı Trend-ə istinadən xəbər verir ki, sərnişinlərin 92,2 faizi avtomobil nəqliyyatı, 7,4 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 1 milyard 119,9 milyon sərnişin daşınıb və əvvəlki illə müqayisədə müvafiq olaraq yük daşınmasında 0,9 faiz, sərnişin daşınmasında 1,8 faiz artım qeydə alınıb.
Sərnişinlərin 92,2 faizi avtobus, 7,8 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib.