“2022-ci ildən etibarən Azərbaycanda sərnişin daşıyan bütün avtobuslar sıxılmış qazla və ya elektrik mühərriki ilə işləyəcək”.
Eləcə də bax: Bakı Nəqliyyat Agentliyi: Yaxın zamanda 280 yeni avtobus - XƏTTƏ BURAXILACAQ
FED.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin rəsmisi Emin Məcidov deyib.
Emin Məcidov qeyd edib ki, hazırda ölkəyə sıxılmış təbii qazla işləyəcək 300 ədəd ekoloji təmiz avtobusun gətirilməsi nəzərdə tutulub: “Bu nəqliyyat vasitələrindən 280-ni artıq ölkəyə gətirilib daha 20-si isə yaxın zaman müddətində gətiriləcək. Bunlardan 280-i 12 metr uzunluğunda, 20-si isə 18 metr uzunluğunda olacaq”.
Agentlik rəsmisi onu da əlavə edib ki, ölkəyə gətiriləcək yeni avtobuslar, yəni sıxılmış təbii qazla çalışan avtobuslar təkcə paytaxtda deyil, regionlarda da istifadəyə veriləcək.
TED.az