Azərbaycan Dəmir Yollarının həyata keçirdiyi yük daşımaları azalıb.
Azərbaycanda dəmir yolu nəqliyyatında yükdaşıma 2% azalıb, sərnişindaşıma 40% artıb
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə ADY məlumat yayıb. Ölkənin dəmiryol daşımaları üzrə əsas operatorunun məlumatına görə, 2023-cü ildə Azərbaycanda dəmiryolları vasitəsilə 18 milyon 276 min ton yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 455 min ton və ya 2,5% azdır.
Qurumun rəqəmlərindən aydın olur ki, dəmir yolu vasitəsilə 2023-cü ilin 1-ci rübündə 4457 min ton, 2-ci rübdə 4692 min ton, 3-cü rübdə 4553 min ton, 4-cü rübdə isə 4573 min ton yük daşınıb.
2022-ci illə müqayisə etdikdə, 2023-cü ilin 1-ci rübündə yük daşımaları əvvəlki ilin eyni dövrünü üstələsə də, sonrakı rüblərdə yük daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə azalıb.