Dəmir yolu nəqliyyatı ilə 2023-cü ilin yanvar-noyabr aylarında 16,7 milyon ton yük, 63 42,3 min sərnişin daşınıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
2022-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 1,8 faiz azalma, sərnişin daşınmasında isə 39,9 faiz artım müşahidə olunub.
Orta hesabla sutkada 366 vaqon yüklənmiş, 424 vaqon isə boşaldılıb.
Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 18,5 min ton, Qərb istiqaməti üzrə 2,7 min ton, Cənub istiqaməti üzrə isə 0,6 min ton yüklənmə işi yerinə yetirilib.
Xatırladaq ki, 2022-ci ilin yanvar-noyabr aylarında 17,0 milyon ton yük, 4534,8 min sərnişin daşınmışdı.Orta hesabla sutkada 376 vaqon yüklənmiş, 398 vaqon isə boşaldılmışdı. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 17,9 min ton, Qərb istiqaməti üzrə 3,7 min ton, Cənub istiqaməti üzrə isə 0,8 min ton yüklənmə işi yerinə yetirilmişdi.