2025-ci ilin yanvar-mart aylarında dəmir yolu nəqliyyatında işçilərin sayı 3 609 nəfər təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu göstərici əvvəlki illə müqayisədə 383 nəfər və ya 9,6% azalıb.
2024-cü ilin müvafiq dövründə dəmir yolu nəqliyyatında işçilərin sayı 3 992 nəfər idi.
Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında dəmir yolu nəqliyyatında orta aylıq əməkhaqqı əvvəlki ilin eyni dövrü müqayisədə 167,9 manat və ya 11,0% artıb 1 526,6 manat təşkil edib.