2025-ci ilin yanvar-mart aylarında dəmir yolu nəqliyyatında orta aylıq əməkhaqqı 1 526,6 manat təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu göstərici əvvəlki illə müqayisədə 167,9 manat və ya 11,0% artıb.
2024-cü ilin müvafiq dövründə dəmir yolu nəqliyyatında orta aylıq əməkhaqqı 1 358,7 manat idi.