Avtomobil nəqliyyatı ilə 119,2 milyon ton yük, 1524,7 milyon sərnişin daşınıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Bvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5,3 faiz və 19,9 faiz artım qeydə alınmışdır. Sərnişinlərin 94,5 faizi avtobus, 5,5 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 5,1 faiz, sərnişin dövriyyəsi isə 20,7 faiz artıb.
Qeyd edək ki, ötən ilin eyni dövründə avtomobil nəqliyyatı ilə 113,2 milyon ton yük, 1 272,2 milyon sərnişin daşınmışdı.