Azərbaycanın azad işğaldan azad olunan ərazilərdə inşa ediləcək daha iki hava limanının hansı şirkət tərəfindən tikiləcəyi məlum olub.
FED.az xəbər verir ki, Zəngilan və Laçındakı yeni hava limanlarını Füzuli hava limanın uçuş və enmə zolağının tikintisini həyata keçirən “AzVirt” MMC inşa edəcək.
Eləcə də bax: Füzulidə yol və aeroport inşa edən şirkətin xalis mənfəəti - 5 Dəfə Artıb
Şirkətdən FED.az-a bildirilib ki, artıq hər iki hava limanının tikintisinə hazırlıq işləri gedir.
Hava limanları ilə bağlı müqavilənin dəyərinə gəlincə, şirkət nümayəndəsi bu məlumatı açıqlamaqdan çəkinib.
Qeyd edək ki, dövlət satınalmaları portalında Füzuli Hava Limanının tikintisi ilə bağlı hər hansı məlumat yoxdur. Şirkətin nümayəndəsi isə texniki səbəblərdən müqavilənin dəyərini açıqlaya bilməyəcəklərini deyib: “Müqavilə imzalanan zaman bəzi xərclər nəzərə alınmayıb. Halbuki, hava limanı ərazisinin minalardan təmizlənməsini də “AzVirt MMC” həyata keçirib”.
Qeyd edək ki, “AzVirt MMC” 2019-cu ildə Ukraynanın Vinitsa hava limanın tikintisi ilə bağlı 61 milyona manatlıq tender üçün müraciət etsə də qəbul edilməyib.