Bu ilin doqquz ayında avtomobil nəqliyyatı üzrə 94 milyon 697,8 min ton yük daşınıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, bu illik müqayisədə 5,2% çoxdur.
Ötən ilin eyni dövründə daşınmış yüklərin həcmi 90 milyon 16,9 min ton təşkil edib.
Daşınan yüklərin 55 milyon 111,6 min tonu fiziki şəxslər üzrə fərdi sahibkarların payına düşünüb.
Əvvəlki illə müqayisədə bu göstərici 5% artıb. Ötən ilin müvafiq dövründə bu rəqəm 52 milyon 37,4 min ton təşkil edib.
Avtomobil nəqliyyatı üzrə yük dövriyyəsi 8 milyard 968,3 milyon ton-km təşkil edib ki, onun da 5 milyard 285,1 milyon ton-km-i fərdi sahibkarların payına düşüb. Bu da əvvəlki illə müqayisədə müvafiq olaraq 5% və 5,3% artıb.
Yük daşınmasından 610 milyon 503,1 min manat gəlir əldə olunub ki, gəlirlər son bir ildə 12,8% artıb.
Ötən il bu nəqliyyat növü ilə yük daşınması 541 milyon 230,2 min manatlıq gəlir gətirmişdi.